06 mart 2026, 13:05

Məhsəti Şərif Özyürəkdən, Türkiyə Respublikası

Hörmətli cənab Prezident,

Mən Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşı olaraq Sizin həyata keçirdiyiniz siyasəti dəstəkləyirəm.

Xüsusilə İran tərəfindən pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə edilən hücumla əlaqədar nümayiş etdirdiyiniz prinsipial mövqeyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycanın bölgədə sülhün qorunması istiqamətində göstərdiyi səylər təqdirəlayiqdir.

Cənab Prezident, biz Sizin balanslı və qətiyyətli siyasətinizi alqışlayırıq.

Hörmətlə,

Məhsəti Şərif Özyürək, diaspor nümayəndəsi, jurnalist

Türkiyə Respublikası, İstanbul şəhəri.