06 mart 2026, 13:51
Yaşar Məmmədovdan, Samux, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mən, Samux rayonu Əhmədbəyli kənd sakiniyəm. Altı nəfərlik ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Dövlətimiz tərəfindən mənim üçün qurulan qoyunçuluq təsərrüfatı ailəmizin ruzi qapısına, gələcək ümidinə çevrilmişdir. Sizin insan amilinə olan həssas münasibətiniz, uğurlu sosial siyasətiniz bu gün bizim həyatımızda da real bəhrəsini vermişdir.
Bizə göstərdiyiniz bu böyük qayğı və dəstəyə görə Sizə təşəkkür edir, dövlətimizin tərəqqisi naminə işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Yaşar Məmmədov
Azərbaycan Respublikası, Samux rayonu, Əhmədbəyli kəndi.