Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında İlham Əliyevin nitqi

15 fevral 2026, 16:46
Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında İlham Əliyevin nitqi

-Hörmətli Prezident, əziz dostum, cənab İlham Əliyev.

Hörmətli Azərbaycan hökumətinin nazirləri və Serbiya hökumətinin nazirləri.

Xanımlar və cənablar, əziz dostlar.

Serbiya Respublikası və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını açmaqdan şərəf hissi duyuram. Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik.

Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir.

İcazə verin, xüsusi olaraq bildirim ki, Prezident Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin yüksəksəviyyəli rəsmilərinin və nazirlərin burada olması bu Şuraya hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. Əminəm ki, bu gün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzunmüddətli əməkdaşlığa aid mövqeyə əsaslanır. Mən giriş nitqimi çox qısa edəcəyəm və xahiş edirəm ki, Serbiyanın nazirləri də eyni yanaşma göstərsinlər, çünki biz mətbuata bəyanat mərasiminə yubana bilmərik. Xahiş edirəm, həmin reqlamentə uyğun olaq. Mən sadəcə bir neçə məsələni əlavə etmək istərdim.

Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin.

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir. Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəyəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar. Sizə işinizdə uğurlar arzu edirəm.

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən və nazir Dubravka Prezident Əliyevlə qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik.

Azərbaycandan gəlmiş əziz dostlar, Serbiyada özünüzü evdəki kimi hiss edin. Xoş gəlmisiniz. Hörmətli Prezident, mən Sizə, ailənizə, xalqınıza ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, Sizi yenidən mümkün qədər tez qəbul edəcəyəm. Daha çox görüşlər olmalıdır. Çox sağ olun və Serbiyaya xoş gəlmisiniz. Sağ olun.


SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
11:29
Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illiyi münasibətilə qərara alıram:

Auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palat...

16 sentyabr 2026, 11:29
SƏNƏDLƏR Müraciətlər 16 sentyabr 2026
11:28
“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəl...

16 sentyabr 2026, 11:28