Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident,
Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışınızı böyük qürur, inam və dərin siyasi məsuliyyət hissi ilə qarşıladıq. Sizin bu mötəbər beynəlxalq platformada nümayiş etdirdiyiniz qətiyyətli və prinsipial mövqe bir daha sübut etdi ki, Azərbaycan bu gün yalnız regionun deyil, daha geniş coğrafiyanın enerji təhlükəsizliyini formalaşdıran əsas dövlətlərdən biridir. Sizin rəhbərliyinizlə ölkəmiz milli maraqlara söykənən müstəqil siyasəti, uzaqgörən strateji xətti və siyasi iradəsi ilə beynəlxalq münasibətlər sistemində etibarlı, güclü və söz sahibi olan dövlət kimi qəbul edilir. Çıxışınızda əksini tapan əsas mesajlar, enerji təhlükəsizliyi, iqtisadi şaxələndirmə, yeni bazarlara çıxış, qaz ixracının genişləndirilməsi, yaşıl enerji sahəsində məqsədyönlü irəliləyiş və regional bağlantıların gücləndirilməsi Azərbaycanın artıq təkcə enerji resurslarına malik ölkə deyil, eyni zamanda geosiyasi və geoiqtisadi gündəliyi müəyyən edən mühüm aktora çevrildiyini açıq şəkildə göstərdi.
Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol məhz Sizin siyasi uzaqgörənliyinizin, prinsipial liderliyinizin və qətiyyətli qərarlarınızın nəticəsidir. Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsi, yeni ölkələrin enerji təminatına qoşulması, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətinin daha da artması və ölkəmizin yaşıl enerji gündəliyində ön mövqedə yer alması dövlətimizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir. Sizin çıxışınızda xüsusi vurğulanan realizm, praqmatizm və milli maraqlara əsaslanan yanaşma bu gün dünyada artan geosiyasi gərginliklər, enerji böhranları və təhlükəsizlik çağırışları fonunda son dərəcə mühüm siyasi xətt kimi diqqət çəkir. Azərbaycanın enerji siyasəti artıq yalnız iqtisadi deyil, həm də mühüm strateji və siyasi təsir alətinə çevrilmişdir. Bu isə dövlətimizin müstəqil siyasətinin, milli gücünün və beynəlxalq çəkisinin parlaq təzahürüdür. Biz tam əminliklə bildiririk ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da öz milli maraqlarını qətiyyətlə müdafiə edəcək, beynəlxalq tərəfdaşlıqlarını daha da gücləndirəcək, enerji diplomatiyasında mövqeyini möhkəmləndirəcək və həm regionda, həm də qlobal səviyyədə sözünü deyən qüdrətli dövlət kimi fəaliyyətini davam etdirəcəkdir.
Xaricdə yaşayan azərbaycanlılar olaraq, Sizin həyata keçirdiyiniz siyasəti ürəkdən dəstəkləyir, dövlətimizin qüdrətinin artmasına, xalqımızın rifahının yüksəlməsinə və Azərbaycanın beynəlxalq aləmdə daha da güclənməsinə xidmət edən bu strateji xəttə dərin ehtiramımızı ifadə edirik. Sizə möhkəm cansağlığı, siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz bütün işlərdə davamlı nailiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Zaur Əliyev, “Avropa Azərbaycan Mərkəzi”nin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü
Almaniya Federativ Respublikası, Münster şəhəri.