05 mart 2026, 11:15

İntiqam Mustafayev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində Tərtər şəhərində abadlıq işləri uğurla davam etdirilir. Məhəllələrdə səliqə-səhman yaradılır, çoxmənzilli binaların giriş hissəsində əsaslı təmir işləri aparılaraq, seyf qapıları quraşdırılır. İndi həyətlərimiz göz oxşayır, qəlbimiz rahatlıq tapır.

Bütün bunlara görə, biz tərtərlilər Sizə təşəkkür edir, ən xoş arzularımızı çatdırırık. Sizi əmin edirik ki, daim ətrafınızda birləşərək, yürütdüyünüz daxili və xarici siyasətinizi dəstəkləyəcəyik.

Tanrı Sizi qorusun!

Hörmətlə,

İntiqam Mustafayev,

Yelmar Quliyev,

Soltan Xanlarov,

Gülnar Məmmədova,

Seyran Hümbətova

Azərbaycan Respublikası, Tərtər şəhəri.