04 mart 2026, 17:01

Xaliq Abasovdan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev!

Bu məktubu yazmaqla, Sizə özümün və ailəmin adından təşəkkür və minnətdarlığımızı bildirirəm.

Ölkəmizdə apardığınız siyasət və əhalinin sosial rifahı üçün islahatlar təqdirəlayiqdir. Allah Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin ki, Sizin kimi dəyərli bir xəzinəni bizə miras qoyub.

Mənim 59 yaşım var və bu yaşıma qədər rayonumuzu heç vaxt belə gözəl görməmişəm. Allah Sizdən və ailənizdən razı olsun. Rayonun kənd və qəsəbələrində yollar çəkilib və abadlıq işləri görülüb. Özüm Pirsaat qəsəbəsində yaşayıram. Qəsəbəmizin yolları işıqlı günə çıxmışdır. Şükürlər olsun ki, hazırda nəvələrim rahat məktəbə gedib-gəlir. Bu da, şübhəsiz ki, Sizin siyasətinizin nəticəsidir. Allah bundan sonra apardığınız siyasətdə də daim dayağınız olsun.

Hörmətlə,

Abasov Xaliq Ənvər oğlu

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Pirsaat qəsəbəsi.