04 mart 2026, 14:44
Yusif Quliyevdən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Yaxın Şərq və ətraf bölgələrdə gərginliklərin artdığı bir dövrdə Azərbaycanın sabitliyini və təhlükəsizliyini qoruyub saxlamağınıza görə Sizə səmimi təşəkkürümü bildirirəm.
Ölkəmizin əmin-amanlıq içində inkişaf etməsi və xalqımızın rahat yaşaması apardığınız qətiyyətli siyasətin nəticəsidir. Bir gənc olaraq dövlətimizin güclü və sabit qalmasına görə Sizə minnətdarlığımı ifadə edir, fəaliyyətinizdə daim uğurlar arzulayıram.
Hörmətlə,
Yusif Quliyev
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.