04 mart 2026, 13:32
Aytən Cəfərovadan, Bakı, Azərbaycan
Cənab Prezident,
Siz ölkəmizdə işsizliyin səviyyəsinin minimuma endirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində çox mühüm işlər görmüsünüz. İndi, sözün əsl mənasında, işləmək istəyən şəxs üçün iş tapılır. Mən də bu imkandan yararlanan vətəndaşlardan biriyəm.
Müraciətim əsasında işlə təmin olunmağım mənim və ailəm üçün mühüm hadisə olmuş, həyatımızda müsbət dəyişiklik yaratmışdır. Bu imkan sayəsində ailə büdcəmə töhfə verir, gələcəyə daha böyük ümid və inamla baxıram.
Ölkəmizdə məşğulluq səviyyəsinin yüksəldilməsinə və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Aytən Cəfərova
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.