03 mart 2026, 18:45

Fərhad Muxtarovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə sosial sahədə həyata keçirilən ardıcıl islahatlar və uğurlu dövlət proqramları Azərbaycan vətəndaşlarının rifah halının yüksəldilməsinə mühüm töhfə verir. Mən də bir vətəndaş kimi özünüməşğulluq proqramından yararlanaraq “Kiçik dərzi sexi” zərfi ilə təmin olunmuşam. Mənə göstərilən bu dəstək ailə büdcəmizin möhkəmlənməsinə, gələcək fəaliyyətimi genişləndirmək üçün stimul qazanmağıma şərait yaratmışdır.

Möhtərəm Prezident, diqqət və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Fərhad Muxtarov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.