03 mart 2026, 16:17
Cavid İsayevdən, Ağdaş, Azərbaycan
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident!
Sizin sosial sahədə atılan addımlarla bağlı verdiyiniz qərarlar məqsədyönlü şəkildə inkişafa və davamlı iqtisadiyyatın qurulmasına gətirib çıxarıb.
Mən, Vətən müharibəsi qazisinin qardaşı olaraq, məşğulluq orqanına müraciət etdim və əmlakla təmin olundum. Artıq təsərrüfatımı qurmuşam və xeyrini də görmüşəm. Göstərilən dəstək tədbirlərindən çox razıyam və Sizə buna görə minnətdarlığımı bildirirəm.
Tanrı Sizi qorusun, cənab Prezident.
Hörmətlə,
Cavid İsayev
Azərbaycan Respublikası, Ağdaş rayonu, Qarağan Saatlı kəndi.