03 mart 2026, 13:45

Taleh Məmmədovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, 1-ci qrup əlil gənc bir vətəndaş olaraq, iş axtarışındaydım və Məşğulluq Mərkəzinə müraciət etdim. Müraciətimə qısa zamanda baxıldı və əməkhaqqının maliyyələşdirilməsi proqramına cəlb olunmağım üçün müvafiq dəstək göstərildi. Müraciət qəbul olundu və dövlətin dəstəyi ilə özəl şirkətdə operator vəzifəsinə başladım.

Cənab Prezident, Siz sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin daim yanındasınız, Bunun üçün Sizə minnətdarıq.

Hörmətlə,

Taleh Məmmədov

Azərbaycan Respublikası, Qazax rayonu, İkinci Şıxlı kəndi.