03 mart 2026, 15:01

Bəyaz Ağazadədən, Bakı, Azərbaycan

Salam, əziz Prezidentimiz.

Mən bir vətəndaş kimi, dünyada baş verən müharibələr, ixtişaşlar fonunda Sizə məktub yazmaq qərarına gəldim. Azərbaycan xalqını qoruduğunuz üçün Sizə minnətdarlığımı bildirmək istədim.

Hər bir ölkədə olduğu kimi, bizim də ölkədə hansısa xırda problem ola bilər, amma bütövlükdə bizim ölkə ən gözəl və təhlükəsiz ölkələrdən biridir. Çünki, Azərbaycanın Prezidenti ən güclü lider və siyasətçilərdəndir.

Allah Sizi qorusun, cənab Prezident.

Hörmətlə,

Bəyaz Ağazadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi.