03 mart 2026, 12:30

Elnarə Aslanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Özünüməşğulluq proqramı çərçivəsində mən də "Un məmulatları istehsalı" üzrə avadanlıqlarla təmin olunmuşam və hazırda onlardan istifadə edərək fəaliyyət göstərirəm. Uzun müddət bu sahəyə marağım olsa da, maddi imkanımın məhdudluğundan öz işimi qura bilmirdim. Dövlətimizin yaratdığı bu şərait sayəsində artıq öz işimi qurmuşam.

Cənab Prezident, diqqət və dəstəyə görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Elnarə Aslanova

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.