03 mart 2026, 11:27

Zabil Paşayev və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, xüsusi ilə küçələrin əsaslı təmiri və asfaltlanması sakinlər tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Uzun illər istifadədə olan yolların müasir standartlara uyğun şəkildə bərpası insanların gündəlik həyatına rahatlıq, təhlükəsizlik və yüksək əhval-ruhiyyə bəxş etmişdir.

Sizin diqqət və qayğınız nəticəsində rayonumuzun siması dəyişir, sosial infrastruktur daha da möhkəmlənir. Bu günlərdə, yaşadığımız E.Səfərov küçəsində də abadlıq işləri aparılmış, asfalt örtüyü salınmışdır.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Paşayev Zabil,

Rzayev Mübariz,

Bağırov Mürsəl,

Əliyeva Rübabə,

Bağırova Gülüstan

Azərbaycan Respublikası, Tərtər şəhəri.