Rəmzi Quluzadədən, ABŞ
Hörmətli cənab Prezident İlham Əliyev,
Sizə dərin hörmət və ehtiramımı bildirmək istəyirəm. Yaşadığımız dövrdə Sizin kimi güclü və qətiyyətli bir liderin olması bizim üçün böyük qürur mənbəyidir. Siz xalqımıza şanlı tarix yaşatdınız və Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdiniz.
Mən Amerikada yaşayan bir azərbaycanlı kimi Sizinlə fəxr edirəm. Siyasətinizi çox bəyənir, qərarlarınıza güvənir və gördüyünüz işləri yüksək qiymətləndirirəm. Siz doğrudan da millətimizin, xalqımızın və Vətənimizin döyünən ürəyisiniz.
Ölkəmiz və xalqımız üçün gördüyünüz bütün işlərə görə Sizə səmimi təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə fəaliyyətinizdə daim uğurlar arzulayıram.
Dərin hörmətlə,
Rəmzi Quluzadə
Amerika Birləşmiş Ştatları