02 mart 2026, 14:41

Lalə İsayeva və başqalarından, Ağdaş, Azərbaycan

Salam, hörmətli cənab Prezident,

Biz özünüməşğulluq proqramından faydalanan və öz biznesini quran minlərlə vətəndaşlardanıq. Aztəminatlı ailələrin üzvləri olaraq, müraciətimiz əsasında özünüməşğulluq proqramı çərçivəsində əmlak əldə etdik, təsərrüfatlarımızı qurduq, inkişaf etdirdik və gəlir götürürük. Ölkəmizdə vətəndaşlar üçün belə bir imkan yaradılması çox gözəl bir təşəbbüsdür və bu layihənin davamlı həyata keçirilməsini istərdik. Sizin təşəbbüsünüzlə bu tip layihələrin icra edilməsi biz vətəndaşları dövlətin dəstəyini hər zaman üzərimizdə hiss etməyimizə rəvac verir.

Çox sağ olun, cənab Prezident, Sizə minnətdarıq.

Hörmətlə,

Lalə İsayeva,

Nərmin Qafarova,

Aynur Əhmədzadə,

Rəhman Şıxıyev,

Oruc Allahverdiyev

Azərbaycan Respublikası, Ağdaş rayonu.