02 mart 2026, 11:20

Elman Vəliyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Uzun illər istifadədə olan, lakin son vaxtlar müəyyən çətinliklər yaradan küçələrimizin yenidən qurulması, asfalt örtüyünün dəyişdirilməsi sakinlərin böyük razılığı ilə qarşılanmışdır. Bu işlər nəticəsində nəqliyyatın hərəkəti yaxşılaşmış, vətəndaşların gündəlik həyatı daha rahat və təhlükəsiz olmuşdur.

Biz, Tərtər şəhərinin Cavanşir küçəsində yaşayırıq. Küçəmiz böyükdür. Bu yaxınlarda bizim yaşadığımız bu küçə tam təmir olundu.

Cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi təşəkkürümüzü bildirir, ölkəmizin tərəqqisi naminə apardığınız şərəfli fəaliyyətdə yeni nailiyyətlər azulayırıq.

Dərin ehtiramla,

Vəliyev Elman Kamran oğlu,

Həsənov Kamil İsrəfil oğlu,

Allahverdiyev Qədir Hüsü oğlu,

Vəlizadə Türkan Elman qızı,

Həsənov Ramiz Yaqub oğlu

Azərbaycan Respublikası, Tərtər şəhəri.