27 fevral 2026, 17:30
Pərviz Babayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin Azərbaycan üçün göstərdiyiniz xidmətlər Vətənə əsl sevgi, xarakter və uzaqgörənlik gostəricisidir.
Azərbaycan Respublikası vətəndaşlarının öz tarixi torpaqlarına qayıdışına, azərbaycanlıların ürəklə, qürur hissi ilə bütün dünyada “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” deməklərinə qəlbən sevinirik. Bunda, Ulu Öndər Heydər Əliyevin və Sizin bu dövlət üçün çəkdiyiniz zəhmət mühüm rol oynamışdır.
Xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirirəm, cənab Prezident.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Pərviz Babayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.