Faiq Rüstəmovdan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşdırılması hər zaman Sizin diqqət və qayğınızın mərkəzində olmuşdur. Pensiyaların, müavinətlərın, təqaüdlərin və digər sosial müdafiə mexanizmilərinin gücləndirilməsi və vətəndaşların maddi təminatının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər dövlətimizin sosial siyasətinin insan amilinə əsaslandığını bir daha nümayiş etdirir.
Mən uzun illər təhsil sahəsində fəaliyyət göstərmişəm. Hazırda təqaüddə olan müəllim kimi həyata keçirilən bu sosial islahatların gündəlik həyatımıza verdiyi müsbət təsiri xüsusi ilə hiss edirəm.
Cənab Prezident, vətəndaşların rifahının yüksəldilməsi, müəllim əməyinə və yaşlı nəslin sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Rüstəmov Faiq Salman oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.