27 fevral 2026, 16:55

Şəmsiyyə Əliyeva, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident,

Dövlətimizin işsiz şəxslərə göstərdiyi davamlı diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Sizin apardığınız uğurlu siyasət nəticəsində aztəminatlı ailələrə göstərilən dəstəyi yüksək qiymətləndirirəm. Özünüməşğulluq proqramı çərçivəsində əmlak əldə etmək imkanının yaradılması mənim üçün böyük stimul oldu. Müraciət edərək maldarlıq təsərrüfatı ilə təmin olundum və öz işimi qurdum.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Şəmsiyyə Əliyeva

Azərbaycan Respublikası, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi.