Tofiq Xəlilov və başqalarından, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident!
Ölkəmizin dörd bir yanında olduğu kimi, bizim rayonda da həyata keçirilən işlər, eləcə də küçələrin əsaslı təmiri və asfaltlanması işləri hər bir sakinin sevindirir. Müasir standartlara cavab verən yolların salınması insanların rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, yaşayış məntəqələrimizin slmasına xüsusi gözəllik qatmışdır.
Sizin rəhbərliyinizlə bölgələrimizin inkişafı istiqamətində görülən işlər vətəndaş rifahının yüksəldilməsinə xidmət edir.
Tərtər şəhərinin M.Mustafayev küçəsinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
Xəlilov Tofiq Etibar oğlu,
Xəlilova Jalə Rafiq qızı,
Əliyev Yelmar Əşrəf oğlu,
Hüseynova Arzu İsmayıl qızı,
Rzayev Bəhruz İlyas oğlu
Azərbaycan Respublikası, Tərtər şəhəri.