25 fevral 2026, 19:11

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu ali mükafat humanist dəyərlərin, multikultural mühitin, dinlərarası anlaşmanın və ümumbəşəri həmrəyliyin ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirir.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası sabit inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi tərəqqi, ictimai rifah və güclü dövlətçilik prinsipləri baxımından mühüm nailiyyətlər əldə etmişdir. Aparılan ardıcıl və düşünülmüş siyasət ölkəmizin daxili potensialını gücləndirmiş, beynəlxalq mövqelərini isə əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı, təşəbbüskar və dialoqa açıq dövlət kimi qəbul olunur. Ölkəmizin qlobal miqyasda artan nüfuzu və beynəlxalq platformalarda layiqli şəkildə təmsil olunması hər bir vətəndaş üçün qürur mənbəyidir.

Sözügedən təltif Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan mövqeyinin dünyada tanınmasının bariz göstəricisi olmaqla yanaşı, cəmiyyətimizdə dərin sevinc və qürur hissi doğurur.

Cənab prezident dövlətimizin inkişafı naminə həyata keçirdiyiniz məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və davamlı uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu,

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.