25 fevral 2026, 13:00

Tərlan Mustafayevdən, Ağdaş, Azərbaycan

Salam cənab Prezident,

Bir vətəndaş olaraq bildirmək istərdim ki, ölkəmizin çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi və ehtiyaclarının qarşılanması istiqamətində atılan sosialyönümlü addımlar çox təqdirəlayiqdir.

Mənim özünüməşğulluq proqramına cəlb edilməyim, əmlakla təmin olunmağım və öz şəxsi təsərrüfatımı yaratmağım həyatımda böyük dəyişikliklərə və müsbət irəliləyişlərə səbəb oldu. Bu münasibətlə Siz başda olmaqla əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Tərlan Mustafayev

Azərbaycan Respublikası, Ağdaş şəhəri.