24 fevral 2026, 16:20

Vaqif Şadlinski və Mübariz Allahverdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin fevralın 19-da ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında onun fəal üzvlərindən biri kimi iştirak etməyiniz qəlbimizi fərəh hissi ilə doldurur. Bu, Sizin beynəlxalq aləmdə əldə etdiyiniz nailiyyətlərinizin möhtəşəmliyinə dəlalət edən əyani göstəricilərdəndir. Sülh Şurasının ilk iclasında ABŞ Prezidenti Donald Tramp tərəfindən sülh istiqamətdəki möhtəşəm fəaliyyətinizə yüksək qiymət verilməsi və onun müraciətlə "Sizə çox minnətdaram, əla iş gördünüz."- deməsi, bir daha dünya miqyasında təsdiqlənən nüfuzunuzun böyüklüyünün major akkordlarına çevrildi.

Cənab Prezident, Azərbaycan Respublikası və Azərbaycan xalqının başını dünyada daim ucaltdığınıza görə Sizə böyük məmnuniyyətlə dərin minnətdarlığımızı bildirir və bundan fəxredici qürur hissi keçiririk.

Səmimi hörmət və ehtiramla,

Vaqif Şadlinski, "Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik,

Mübariz Allahverdiyev, Birinci Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim, ATU-nun professoru

Azərbaycan Respublikası, Bakı şəhəri.