23 fevral 2026, 17:54
Aqşin Vəlizadədən, Zərdab, Azərbaycan
Cənab Ali Baş Komandan!
Bir azərbaycanlı gənci kimi mənə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Belə ki, Sizin tapşırığınızla həyata keçirilən sosialyönümlü tədbirlər nəticəsində mən plastik qapı-pəncərə istehsal edən avadanlıqlarla təmin olunmuşam və öz kiçik biznesimi qurmuşam. Sizin bu qayğınızın nəticəsi kimi bu gün mən evimə çörək aparıram.
Cənab Prezident, həm özümün, həm də ailəmin adından bir daha Sizə dərin təşəkkürümüzü bildirirəm.
Hörmətlə,
Aqşin Vəlizadə
Azərbaycan Respublikası, Zərdab şəhəri.