23 fevral 2026, 16:45
Mikayıl Orucovdan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Siz Ata vəsiyyətini şərəflə yerinə yetirdiniz, otuz illik həsrətə son qoyub, Bayrağımızı Şuşanın zirvəsinə həkk etməklə bizə qalib xalq qürurunu bəxş etdiniz. Yazdığınız bu şanlı tarix və sarsılmaz iradəniz üçün Sizə sonsuz minnətdaram.
Əsrlər, qərinələr ötsə də, xalqımız bu şanlı tarixi daim xatırlayacaq və Sizə hər zaman minnətdarlıq hissi duyacaqdır.
Var olun, millətin qürur mənbəyi!
Dərin hörmətlə,
Orucov Mikayıl
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.