23 fevral 2026, 14:27

N.İsmayılov adına Əlicanlı kənd tam orta məktəbinin kollektivindən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağınız münasibətilə N.İsmayılov adına Əlicanlı kənd tam orta məktəbinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik.

Bu ali mükafat Sizin rəhbərliyinizlə ölkəmizdə təşviq olunan multikulturalizm dəyərlərinin, dini və milli tolerantlığın, insan həmrəyliyinin və beynəlxalq sülhün təbliği istiqamətində həyata keçirilən uğurlu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Azərbaycanın dünyada etibarlı tərəfdaş və sivilizasiyalararası dialoq məkanı kimi tanınması məhz Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bu mükafat hər bir azərbaycanlı kimi bizi də qürurlandırır.

Cənab Prezident, biz, təhsil işçiləri olaraq, Sizin sülh və inkişaf yolundakı fəaliyyətinizi daim dəstəkləyir, möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

N.İsmayılov adına Əlicanlı kənd tam orta məktəbin kollektivi

Azərbaycan Respublikası, Sabirabad rayonu, Əlicanlı kəndi