23 fevral 2026, 12:20
Namiq Muradovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Bu gün beynəlxalq aranelarda qazandığımız uğurlar ölkə vətəndaşı kimi, məni çox sevindirir. Azərbaycan artıq dünyada güclü və nüfuzlu dövlət kimi tanınır. Bu uğurların təməlində Sizin "Biz birlikdə güclüyük!" prinsipinə əsaslanaraq, keçirdiyiniz siyasət dayanır.
Bu gün dövlətimiz təkcə regionda deyil, qlobal miqyasda sülh təminatçısıdır. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakınız bunu bir daha sübut edir.
Cənab Prezident, Azərbaycan xalqı Sizə dərin məhəbbət bəsləyir.
Biz daim Sizinləyik!
Hörmətlə,
Namiq Muradov
Azərbaycan Respublikası, Bakı şəhəri.