20 fevral 2026, 19:07
Eldəniz Mustafayevdən, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan,
Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır. Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsi olaraq əhalinin məşğulluğu təmin olunur.
Cənab Prezident, biz, ölkə vətəndaşları olaraq, dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmağımızı daim hiss edirik və buna görə Sizə minnətdarıq.
Yolunuz hər zaman açıq və uğurlu olsun!
Hörmətlə,
Eldəniz Mustafayev
Azərbaycan Respublikası, Şamaxı rayonu, Muğanlı kəndi.