Cahangir Muradovdan, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident!
Siz, ölkəmizə rəhbərlik etdiyiniz dövrdə vətəndaşlann sosial rifahının yaxşılaşdırılmasını və rahat yaşayışını həmişə diqqət mərkəzində saxlamısınız. Azərbaycan vətəndaşlarının gözəl yaşayışı dediklərimizin bariz sübutudur.
Ölkəmizin hər bir guşəsində aparılan quruculuq və abadlıq işləri bizi sevindirir. Cəlilabad rayonunda aparılan quruculuq və abadlıq işləri rayon sakinlərini tərəfindən həmişə dəstəklənir. Zərifə Əliyeva və İlqar Zeynalov küçəsində yerləşən 240 ailənin yaşadığı binanın sakinləri olaraq, binanın ərazisində aparılan abadlıq işlərini Sizin qayğınız kimi qəbul edirik. Yaşadığımız binanın həyətində yaradılan “Abad Məhəllə” bina sakinlərinin və uşaqların gözəl istirahət məkanına çevrilmişdir. Bu istirahət məkanında gözəl istirahətimiz üçün yaradılan gözəl şəraitə görə təşəkkürümüzü bildiririk. Sizə cansağlığı, işlərinizdə çox böyük uğurlar arzulayırıq.
Allah Sizi qorusun.
Allah Azərbaycan xalqını qorusun.
Hörmətlə,
Muradov Cahangir
Rüstəmov Çingiz
Rzayev Ramiz
Həsənov Anar
İsgəndərov Sərasət
Əsgərov Telman
Alışov Rahil
Əsgərov Kamran
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.