20 fevral 2026, 17:10
Sahibə Abdullayevadan, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident!
“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi İsmayıllı rayonunun mədəniyyət işçiləri adından ürəkdən təbrik edirəm.
Bu ali mükafat humanizm, tolerantlıq və həmrəylik dəyərlərinin təntənəsi olmaqla yanaşı, Sizin ölkəmizdə humanist dəyərlərə və mədəni irsin qorunmasına verdiyiniz töhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Sizin fəaliyyətiniz gənc nəsillərə örnək olmaqla multikultural ənənələrin möhkəmlənməsinə də böyük dəstəkdir.
Sizi bir daha təbrik edir, cansağlığı, yeni uğurlar və daim yüksələn nailiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Abdullayeva Sahibə, “Tərəqqi medalı” ilə təltif olunmuş Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, İsmayıllı rayonu.