Şəhid anasından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Dövlətimizin hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi bizə böyük mənəvi dayaqdır. Mənim oğlum Murad Qurbanov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində iştirak etmiş və 2020-ci il oktyabrın 10-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhidlik şirvəsinə ucalmışdır. Biz şəhid ailələri hər zaman hiss edirik ki, dövlətimiz yanımızdadır və şəhidlərimizin xatirəsi həmişə uca tutulur. Mənzillə təmin olunmağımız dövlətimizin şəhid ailələrinə verdiyi dəyərin bariz nümunəsidir.
Müzəffər Ali Baş Komandan, Sizə xalqımızın rifahının yüksəldilməsi üçün atdığınız hər addımda, ali vəzifənizdə Mehriban xanım Əliyeva ilə birlikdə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Mehriban Əmrahova,
şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu..