20 fevral 2026, 16:00

İlqar Hüseynovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən ardıcıl quruculuq və yenidənqurma siyasəti şəhər və yaşayış məntəqələrinin müasir şəhərsalma prinsipləri əsasında formalaşmasına mühüm töhfə vermişdir. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi milli memarlıq irsinin qorunması, şəhərsalma sahəsində innovativ yanaşmanın tətbiqi, dayanıqlı şəhər mühitinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu siyasətin uğurlu mərhələsidir.

Ölkəmizin, eləcə də beynəlxalq turizmin mərkəzi olan şəhərimizin inkişafı naminə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hüseynov İlqar Nəsrəddin oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.