19 fevral 2026, 16:15

Rövşən Qasımovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik.

Bu ali mükafat humanizm, həmrəylik və ümumbəşəri insan dəyərlərinin təşviqi istiqamətində həyata keçirdiyiniz çoxşaxəli və əhəmiyyətli fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Sizi bir daha təbrik edir, xalqımızın uğurlu və firavan gələcəyi naminə həyata keçirdiyiniz çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uca tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Qasımov Rövşən Məhəbbət oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu.