19 fevral 2026, 18:00
Gülnar Abdullayevadan, Ağdaş, Azərbaycan
Salam, hörmətli cənab Prezident,
Ölkəmizdə həyata keçirilən dövlət proqramları əhalinin həyat səviyyəsinin yüksəlməsinə, işçisliyin aradan qaldırılmasına yol açır.
Özünüməşğulluq proqramı çərçivəsində mən də dövlətin dəstəyini almışam və aktivlərlə təmin edilmişəm. Özüm aztəminatlı ailənin üzvüyəm və neçə illərdir təsərrüfatımı qurmağa çalışır, lakin heç nə edə bilmirdim. Sayənizdə bu arzum reallaşdı və mənə gələcək fəaliyyətim üçün həvəs yaratdı.
Sizə xoş niyyətlərə vəsilə olduğunuz üçün dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun.
Hörmətlə,
Gülnar Abdullayeva
Azərbaycan Respublikası, Ağdaş rayonu, Qobuüstü kəndi.