19 fevral 2026, 15:07

Tahir Abbasovdan, Gəncə, Azərbaycan

Möhtərəm Prezidentim, Fateh Ali Baş Komandanım!

Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanist siyasəti respublikamızın hər bir vətəndaşı kimi, Gəncə şəhərində yaşayan və valideyn himayəsindən məhrum olmuş uşaqların, şəhid ailələrinin, qazilərin və inanclı insanların da böyük sevincinə səbəb olmuş, cəmiyyətimizdə ruh yüksəkliyi yaratmışdır. Göstərilən diqqət və qayğı, səmimi münasibət şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, insanlarımızın Sizə və dövlətimizə olan inamını daha da möhkəmləndirir.

Bu günlərdə Gəncə şəhərində və ətraf bölgələrdə yaranmış yüksək əhval- ruhiyyənin əsas səbəbi Leyla Əliyevanın və Alena Əliyevanın şəhərimizə səfəridir. Onların, valideynlərini itirmiş uşaqlara baş çəkmələri, şəhid ailələrinin üzvləri ilə görüşərək diqqət və qayğı göstərmələri, Şah Abbas məscidini ziyarət etmələri, Gəncə Memorial Kompleksində şəhidlərimizi anmaları insanlarımızın böyük sevincinə səbəb olmuş, hakimiyyət-xalq birliyinin daha da möhkəmlənməsinə, sabaha inamımızın artmasına töhfə vermişdir.

Xüsusilə qeyd etmək istərdim ki, dövlətin himayəsində olan uşaqlara və şəhid ailələrinə göstərilən qayğı Uca Allah dərgahında böyük savabı olan əməllərdən sayılır. Bu cür xeyirxah əməllər şəhər ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanır və alqışlanır.

Cənab Prezident, mən bir şəhid qardaşı, din xadimi və şəhər ictimaiyyətinin nümayəndəsi kimi xalqımıza göstərilən bu həssas və qayğıkeş münasibətə görə bölgəmizdəki inanclı insanlar və şəhid ailələri adından Sizə və ailə üzvlərinizə sonsuz təşəkkürümü bildirirəm. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, uğurlar diləyir, dövlətimizə qüdrət, ordumuza rəşadət, xalqımıza isə ruzi-bərəkət arzulayıram.

Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu!

Hörmətlə,

Tahir Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı

Azərbaycan Respublikası, Gəncə şəhəri.