Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu ali mükafatın Sizə təqdim olunması insanlıq, sülh, tolerantlıq və qardaşlıq kimi ümumbəşəri dəyərlərin təsdiqi istiqamətində göstərdiyiniz əvəzsiz xidmətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Bu ali mükafat Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzunun, ölkəmizin uğurlu siyasətinin və Sizin uzaqgörən, müdrik rəhbərliyinizin bariz göstəricisidir.
Sizin fəaliyyətinizin dünya miqyasında yüksək qiymətləndirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir.
Bu mühüm uğurun ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, dost və tərəfdaş dövlətlərlə əlaqələrin inkişafına töhfə verəcəyinə əminəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin rifahı naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Əfəndiyev Vəfadar
Azərbaycan Respublikası, Ağsu rayonu