18 fevral 2026, 14:29

Abbasəli Tarverdiyevdən, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyiniz görüşləri və Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməyinizi böyük qürur hissi ilə izlədim. Ermənı təmsilçisinin təxribat xarakterli sualına verdiyiniz tutarlı, faktlara əsaslanan və prinsipial cavab dövlətimizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə bir daha aydın şəkildə çatdırdı. Sizin soyuqqanlı və qətiyyətli çıxışınız Azərbaycanın siyasi iradəsinin və gücünün parlaq nümunəsi oldu.

Həmçinin, Serbiya Respublikasına səfəriniz çərçivəsində aparılan yüksək səviyyəli görüşlər və əldə olunan razılaşmalar iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndiyini göstərdi. Vətənə dönüşünüz zamanı Serbiya qırıcılarının Sizin təyyarənizi müşayiət etməsi isə Azərbaycan dövlətinə və onun Prezidentinə göstərilən yüksək ehtiramın bariz ifadəsi olmaqla hər bir vətəndaş üçün ayrıca qürur mənbəyi oldu.

Sizin rəhbərliyinizlə Azərbaycan bu gün güclü, müstəqil və beynəlxalq arenada söz sahibi olan bir dövlətdir. Xarici siyasətdə əldə olunan uğurlar xalqımızda böyük inam və qürur hissi yaradır.

Sizə möhkəm cansağlığı, möhkəm iradə və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Uca Allah Sizi və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Abbasəli Tarverdiyev,

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək şəhəri.