18 fevral 2026, 17:00
Nazim Əliyevdən, Bakı, Azərbaycan
Cənab Prezident,
Sizin sərəncamınız əsasında “Tərəqqi” medalı ilə təltif edilməyimi fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm.
Vətənimizdə Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılan, Sizin tərəfinizdən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində ictimai-siyasi sabitlik hökm sürür, həyatın bütün sahələrində dinamik inkişaf prosesləri gedir. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdırmış dünya miqyaslı siyasi lidersiniz.
Qədirbilən xalqımız həmişə Sizinlə birlikdədir!
Hörmətlə,
Nazim Əliyev,
hüquq elmləri doktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.