17 fevral 2026, 14:41

Səhiyyə işçilərindən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatfna layiq görülməniz münasibətilə Sizi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından səmimi qəlbdən təbrik edirik.

Bu yüksək mükafat humanizm, həmrəylik və insan dəyərlərinin təşviqi istiqamətində gördüyünüz mühüm işlərin beynəlxalq səviyyədə verilən dəyəridir. Sizin fəaliyyətiniz cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın, dostluğun və qardaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, gələcək fəaliyyətinizdə davamlı nailiyyətlər və beynəlxalq arenada ölkəmizin nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz tədbirlərin bundan sonra da yeni-yeni uğurlarla yadda qalmasını arzulayırıq!

Hörmətlə,

Rəhimov Vidadi, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru,

Rəhimova Nərgiz, baş həkim,

Cəbrayılov Fuad, həkim,

Ağayev Firudin, həkim,

Osmanov Fikrət, həkim,

Abbasov Mehman, həkim,

Cəbrayılova Xumar, həkim.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.