17 fevral 2026, 15:50

Vüqar Sadıqovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizə bu məktubu mənə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmək üçün yazıram. Mən ümumi səbəbdən 1-ci dərəcəli əlilliyi olan şəxsəm, bir neçə il əvvəl ağır əməliyyat olunmuşam. Şağan Reabilitasiya Pansionatında mütəmadi olaraq müayinə və müalicə olunuram. Pansionatın işçi heyətinin mənə, həmçinin digər xəstələrə olan xoş münasibətindən və göstərdikləri tibbi xidmətin keyfiyyətindən razıyam, onların fəaliyyətlərini müsbət qiymətləndirirəm. Səhiyyə ocağımızda yüksək savada, intelektual səviyyəyə və ali insanı xüsusiyyətlərə malik şəxslərin fəaliyyət göstərməsi təsadüfi deyil. Bütün bunlar Sizin uzaqgörən siyasətinizin, uğurlu kadr islahatlarınızın nəticəsidir. Buna görə Sizə və rəhbərliyiniz altında bu ölkənin inkişafı və gələcəyi üçün durmadan çalışan şəxslərə dərin təşəkkürümü bildirirəm.

Sizin xalqın rifahı naminə atdığınız hər bir addım bizi qürurlandırır və dövlətimizə olan inamımızı daha da möhkəmləndirir. Vətəndaş müraciətlərinə göstərdiyiniz həssaslıq və diqqət bir daha sübut edir ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Dərin hörmətlə,

Vüqar Sadıqov

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.