16 fevral 2026, 19:02

İltifat Lütfüzadədən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin xalqlar arasında sülhün qarşılıqlı anlayışın və etimadın təbliği və möhkəmlənməsi istiqamətində həyata keçirdiyiniz nümunəvi fəaliyyətinizin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi qlobal sülh və əmin-amanlığın möhkəmləndirilməsinə verdiyiniz mühüm töhfələrin barış ifadəsi olaraq, ali və nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz xalqımızda dərin qürur və iftixar hissi doğurur.

Bu nüfuzlu mükafat Sizin sülh, hümanizm və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində göstərdiyiniz ardıcıl və məqsədyönlü fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz ifadəsidir. Həyata keçirdiyiniz müdrik və uzaqgörən siyasət regionda davamlı sabitliyin təmin olunmasına və ümumi tərəqqinin sürətlənməsinə mühüm töhfələr verir.

Sizi Naftalan şəhər ictimaiyyəti adından səmimi qəlbdən təbrik edir, xalqımızın uğurlu və firavan gələcəyi naminə həyata keçirdiyiniz çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uca tanrı Sizi və xalqımızı qorusun!

Dərin hörmətlə,

Lütfüzadə İltifat Cəlil oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri