16 fevral 2026, 16:28

Nizam Mehdiyevdən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, müstəqil Azərbaycanın bir vətəndaşı olaraq, Sizin xarici siyasətinizdən məmnunan və bu siyasətə heyran qalmışam. Son iki ayda Davosda Ümumdünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyiniz görüşləri, müsahibə və çıxışlarınızı, iştirak etdiyiniz panel müzakirələri ailəmlə birlikdə fəxrlə izlədim və bir daha qürur duydum.

Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və dünyada nüfuzunun artması Sizin uğurlu xarici siyasətinizin təzahürüdür. Beynəlxalq aləmdə Sizə bəslənən ehtiram və hörmət, Sizinlə yanaşı, Azərbaycanın da adını ucaldır.

Cənab Prezident, mən, Sizinlə fəxr edirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Nizam Mehdiyev,

pensiyaçı

Azərbaycan Respublikası, Ağsu rayonu, Ağalarbəyli kəndi.