16 fevral 2026, 15:15
Tələt Dadaşovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Özünüməşğulluq proqramı çərçivəsində dövlətimizin dəstəyi ilə avadanlıq alaraq öz işimi qurmaq imkanı qazandım. Bu mühüm təşəbbüsə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək yeni biznesimi qurmağa və azad sahibkar olmağıma fürsət yaratdı.
Sizin biz sahibkarlara yaratdığınız dövlət təminatı sosial rifahın yüksəlməsində əvəzsiz rol oynayır. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan daha da inkişaf edəcək, xalqımızın güzəranı daha da yaxşılaşacaqdır.
Sizə bir daha təşəkkür edirəm, cənab Prezident.
Hörmətlə,
Tələt Dadaşov
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.