Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib

15 fevral 2026, 16:45
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib

Fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

Əvvəlcə Serbiya Respublikasının Prezidenti çıxış etdi.

Prezident Aleksandar Vuçiçin
çıxışı

-Hörmətli Prezident, əziz dostum, cənab İlham Əliyev.

Hörmətli Azərbaycan hökumətinin nazirləri və Serbiya hökumətinin nazirləri.

Xanımlar və cənablar, əziz dostlar.

Serbiya Respublikası və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını açmaqdan şərəf hissi duyuram. Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik.

Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir.

İcazə verin, xüsusi olaraq bildirim ki, Prezident Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin yüksəksəviyyəli rəsmilərinin və nazirlərin burada olması bu Şuraya hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. Əminəm ki, bu gün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzunmüddətli əməkdaşlığa aid mövqeyə əsaslanır. Mən giriş nitqimi çox qısa edəcəyəm və xahiş edirəm ki, Serbiyanın nazirləri də eyni yanaşma göstərsinlər, çünki biz mətbuata bəyanat mərasiminə yubana bilmərik. Xahiş edirəm, həmin reqlamentə uyğun olaq. Mən sadəcə bir neçə məsələni əlavə etmək istərdim.

Əziz dostum cənab Prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin.

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlif sahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istənilən iki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir. Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəyəm. Bilirəm ki, o, çox sədaqətli dostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyə bilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiya nazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımız kimi ürəkdən çalışsınlar. Sizə işinizdə uğurlar arzu edirəm.

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən və nazir Dubravka Prezident Əliyevlə qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik.

Azərbaycandan gəlmiş əziz dostlar, Serbiyada özünüzü evdəki kimi hiss edin. Xoş gəlmisiniz. Hörmətli Prezident, mən Sizə, ailənizə, xalqınıza ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, Sizi yenidən mümkün qədər tez qəbul edəcəyəm. Daha çox görüşlər olmalıdır. Çox sağ olun və Serbiyaya xoş gəlmisiniz. Sağ olun.

x x x

Sonra Azərbaycan Respublikasının Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
 

-Təşəkkür edirəm. Hörmətli cənab Prezident, əziz dostlar. İlk növbədə dəvətə görə təşəkkür edirəm. Yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin təkcə bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandara minnətdaram. Yeri gəlmişkən, Dövlətçilik Gününüzü təbrik edirəm.

Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur.

Dostum Prezidentlə geniş müzakirələr apardım. Həmişə olduğu kimi, onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq.

Yeri gəlmişkən, bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir. Bu gün hökumət üzvlərinin demək olar ki, yarısı məni müşayiət edir. Bu özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımızın arasında müzakirə ediləcək çoxlu məsələlər var. Dostum Aleksandarın Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik. Mən Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm, buna maksimum dərəcədə ciddi yanaşsınlar ki, həmişə olduğu kimi, razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək.

Aleksandar artıq tərəfdaşlıq sahələrini müəyyən etdi. Gündəliyə və bugünkü iclasımızın gündəliyinə və müvafiq nazirlər tərəfindən təqdimatlara baxsaq görərik ki, gündəlik genişlənir. Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Hesab edirəm ki, bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksəksəviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətlərinizin olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə investisiya yatırırsınız. Siz Aleksandar Vuçiçin müdrik rəhbərliyi ilə Serbiyada sabitliyin və inkişafın uzun müddət ərzində vacib amil olacağını bilirsiniz. Mətbuata bəyanatla çıxış etmək üçün orada vaxtında olmağımızı nəzərə alaraq, mən də qeydlərimi artıq dediklərimlə məhdudlaşdırmaq istəyirəm. Həmçinin heyətlərimizə öz təqdimatları ilə çıxış etmək imkanını da vermək istəyirəm. Qonaqpərvərliyiniz və dəvətiniz üçün bir daha çox sağ olun.

x x x

İclasda hökumətlərarası komissiyaların sədrləri və digər aidiyyəti nazirlər məruzələrlə çıxış etdilər.

Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlət başçıları bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər.

Bakı-Belqrad aviareyslərinin bu ilin mayından başlayacağı məmnunluqla qeyd olundu, bunun ölkələrimiz arasında humanitar təmasların və turizmin inkişafına töhfə verəcəyinə ümidvarlıq bildirildi.

Sonra prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının Qərarını imzaladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 iyul 2026
13:34
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın...

27 iyul 2026, 13:34
SƏNƏDLƏR Sərəncamlar 27 iyul 2026
13:32
Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qoşqar Aslan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

27 iyul 2026, 13:32
SƏNƏDLƏR Sərəncamlar 27 iyul 2026
13:29
Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

27 iyul 2026, 13:29
SƏNƏDLƏR Sərəncamlar 27 iyul 2026
13:27
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri...

27 iyul 2026, 13:27
SƏNƏDLƏR Sərəncamlar 27 iyul 2026
13:25
N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda...

27 iyul 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 27 iyul 2026
13:22
“Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan...

27 iyul 2026, 13:22
SƏNƏDLƏR Qanunlar 27 iyul 2026
13:21
“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14...

27 iyul 2026, 13:21
SƏNƏDLƏR Fərmanlar 27 iyul 2026
13:18
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu...

27 iyul 2026, 13:18
SƏNƏDLƏR Qanunlar 27 iyul 2026
13:17
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan...

27 iyul 2026, 13:17
SƏNƏDLƏR Fərmanlar 27 iyul 2026
13:15
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”,...

27 iyul 2026, 13:15
SƏNƏDLƏR Qanunlar 27 iyul 2026
13:14
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 16-cı, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının...

27 iyul 2026, 13:14