13 fevral 2026, 16:30

Vəfa Əsgərova və başqaları, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimini böyük zövqlə və qürurla izlədik və bir daha Sizinlə fəxr etdik. Humanizm, sülh və tolerantlıq ideyalarının təşviqində göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə verilən bu mükafat hər birimizi sevindirir. Bu mükafat, insaniyyət və qardaşlıq dəyərlərinin güclənməsinə verdiyiniz töhfənin təsdiqidir. Bu nüfuzlu mükafata layiq görülməyiniz indiki və gələcək nəsillər üçün bir örnəkdir.

Əziz Prezidentimiz, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Sizə təqdim olunması münasibətilə Sizi Şəki şəhərinin səhiyyə işçiləri adından təbrik edir, növbəti böyük uğurlar diləyirik.

Hörmətlə,

Vəfa Əsgərova,

Azər Zeynalov,

Nəzakət Qədirova,

Maarif Əliyev

Azərbaycan Respublikası, Şəki şəhəri.