“Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

09 fevral 2026, 16:34

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 2, maddə 100, № 7, maddə 610, № 8, maddələr 743, 744) 32-ci maddəsinin on dördüncü – on altıncı hissələri müvafiq olaraq on beşinci – on yeddinci hissələr hesab edilsin və aşağıdakı məzmunda on dördüncü hissə əlavə edilsin:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülür.”.

Maddə 2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 609, № 8, maddə 741) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9-cu maddə üzrə:

2.1.1. 9.2-2-ci maddədə ikinci halda “maddəsində qeyd edilən məlumat” sözləri “və 9.2-5-ci maddələrində qeyd edilən məlumatlar” sözləri ilə, “orqanından” sözü “orqanının müəyyən etdiyi orqandan (qurumdan) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.1.2. aşağıdakı məzmunda 9.2-5-ci və 9.5-ci maddələr əlavə edilsin:

“9.2-5. Kommersiya hüquqi şəxsləri üzrə aşağıdakı məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınır:

9.2-5.1. nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrlə əlaqədar məlumatlar;

9.2-5.2. nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi ilə əlaqədar məlumatlar;

9.2-5.3. nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədar məlumatlar;

9.2-5.4. təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar.”;

“9.5. Kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliyin olub-olmaması barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hesabatı kağız və ya elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidirlər.”;

2.2. 11.4-1-ci maddənin birinci cümləsinə “alınması” sözündən sonra “(məhdud məsuliyyətli cəmiyyətin adının dəyişdirilməsi faktının elektron qaydada qeydiyyata alınması istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 12 mart 2026
14:52
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il fevralın 4-də Dubay şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri...

12 mart 2026, 14:52
SƏNƏDLƏR Fərmanlar 12 mart 2026
13:33
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr...

12 mart 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 11 mart 2026
15:53
“Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları”nın və “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan...

11 mart 2026, 15:53