Tərlan Əhmədov və başqalarından, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident!
“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın seçdiyi yolun dünya tərəfindən dəyərləndirildiyinin rəmzi olmaqla yanaşı, Sizin illərlə davam edən zəhmətinizin beynəlxalq miqyasda tanınmasının ifadəsidir.
Hamımızı sevindirən bu ali mükafat, ilk növbədə, Sizin sülhsevər siyasətinizə verilən yüksək dəyərin göstəricisidir. Bu nüfuzlu təltif dünyada sülhü, insan qardaşlığını və qarşılıqlı anlayışı real addımlarla təşviq edən liderlərə təqdim olunur. Biz fəxr edirik ki, Siz də bu liderlər sırasındasınız.
Rayon sakinləri adından Sizə daim bizə qürur, fəxr hissləri yaşatdığınız üçün Sizə təşəkkür edir, daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Əhmədov Tərlan,
Osmanov Azad,
İsmayılov Əsadullah,
Məmmədov Mahir,
Musayev Camal
Azərbaycan Respublikası, Şəki rayonu.