06 fevral 2026, 11:00

Məmməd Musayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkədə uğurla həyata kecirdiyiniz daxili və xarici siyasəti bəyənən, daim dəstəkləyən Аzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Тəşkilatları Мilli Коnfederasiyası ölkə sahibkarlarının yekdil iradəsini ifadə edərək, Sizi sülhün, qarşılıqlı anlaşmanın və humanist dəyərlərin təşviqi istiqamətində göstərdiyiniz ardıcıl və prinsipial fəaliyyətinizə görə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə təbrik edirik.

Bu ali beynəlxalq mükafat Sizin qlobal miqyasda sülhün bərqərar olunması, dialoq mədəniyyətinin təşviqi, xalqlar arasında etimadın möhkəmləndirilməsi və multikultural dəyərlərin qorunması istiqamətində həyata keçirdiyiniz siyasətə verilən yüksək qiymətin bariz ifadəsidir. Sizin rəhbərliyiniz ilə Azərbaycan sülhü, əməkdaşlığı və qarşılıqlı hörməti əsas prioritetlərdən biri kimi təqdim edərək beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınmışdır.

Xüsusilə vurğulamaq istərdik ki, sülh və sabitlik yalnız siyasi deyil, eyni zamanda iqtisadi inkişafın, sahibkarlığın genişlənməsinin və sosial rifahın əsas şərtidir. Bu baxımdan Sizin sülhyönümlü siyasətiniz ölkəmizdə sağlam biznes mühitinin formalaşmasına, investisiya imkanlarının genişlənməsinə və sahibkarlığın dayanıqlı inkişafına mühüm töhfə verməkdədir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizin humanizm, tolerantlıq və sülh dəyərlərinə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının növbəti parlaq nümunəsidir. Bu mükafat, eyni zamanda, Azərbaycanın qlobal sülh gündəliyində tutduğu layiqli mövqeni bir daha təsdiqləyir.

Çoxminlik sahibkarlar adından Sizi bu yüksək və nüfuzlu mükafata layiq görülməyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyiniz missiyada daim müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Musayev Məmməd, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri.