05 fevral 2026, 16:21

Süsənbər Ağamalıyevadan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ötən 23 il ərzində verdiyiniz bütün vədləri yerinə yetirməklə yanaşı, atdığınız addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etmisiniz. Sizin fəaliyyətiniz xalqa xidmətin nümunəsini təqdim edir və təyin etdiyiniz məmurlarda böyük məsuliyyət hissi yaradır.

Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında vətəndaşlara xüsusi diqqət və qayğı göstərilir. Buna görə Sizə dərin minnətdarlıq hisslərimizi çatdırıram. İnanıram ki, Sizin rəhbərliyinizlə qarşıya qoyulan bütün məqsədlərə çatılacaq və insanların daha da rahat yaşamasına öz töhfələrini verəcək. Bu yolda Sizə uğurlar arzulayıram.

Siz bir dövlət rəhbəri olaraq həmişə xalqın yanındasınız. Sizin üçün əlamətdar günləri sadə vətəndaşlarla bir yerdə keçirirsiniz. Prezident kimi atdığınız addımlar və gördüyünüz işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirir, ölkənin inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirirsiniz.

Həmişə var olun.

Uca Allah Sizi və doğmalarınızı, bütövlükdə xalqımızı qorusun.

Dərin hörmətlə,

Ağamalıyeva Süsənbər,

Naxçıvan Dövlət Universitetinin Tərcümə Mərkəzinin tərcüməçisi, filologiya üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.